...

Kapital Bank Bravo marketi ilə yeni aksiya keçirir

İqtisadiyyat Materials 16 Dekabr 2016 10:45 (UTC +04:00)
Kapital Bank ölkədə nağdsız ödənişləri stimullaşdırmaq məqsədilə Bravo marketi ilə yeni aksiya keçirir.
Kapital Bank Bravo marketi ilə yeni aksiya keçirir

Bakı. Trend:

Kapital Bank ölkədə nağdsız ödənişləri stimullaşdırmaq məqsədilə Bravo marketi ilə yeni aksiya keçirir. Bankdan Trend-ə verilən məlumatda bildirilir ki, şərtlərə görə Gənclik Mall ticarət və əyləncə mərkəzinin 1-ci mərtəbəsində fəaliyyət göstərən marketdə 200 AZN və daha çox məbləğdə alış-verişi istənilən kartla nağdsız şəkildə ödədikdə, 20 AZN-lik hədiyyə kuponu təqdim ediləcək.

Hədiyyə olunan məbləği növbəti alış-veriş zamanı istifadə etmək mümkündür. Aksiyadan cümə, şənbə və bazar günləri alış-veriş edən müştərilər bəhrələnə bilər. Kampaniya 15 yanvar 2017-ci il tarixədək davam edəcək.

Qeyd edək ki, Kapital Bank MasterCard International və Visa International beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Ödəniş kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Bankın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS terminalı vardır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti