Bakı. Trend:
Bu günlərdə “Neft Daşları” yatağındakı 1954A nömrəli estakadayanı meydançadan 2684 nömrəli quyu qazmadan sonra istismara verilib.
Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən qazılmış quyu Qırmakıaltı lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 1591-1587 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.