...

Yeni il gecəsi minlərlə Bakı sakini “Uber” xidmətindən yararlanıb

İqtisadiyyat Materials 5 Yanvar 2017 19:36 (UTC +04:00)
Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti 2017-ci ilin ilk gecəsinin yekunlarını açıqlayıb.
Yeni il gecəsi minlərlə Bakı sakini “Uber” xidmətindən yararlanıb

Bakı. Trend:

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti 2017-ci ilin ilk gecəsinin yekunlarını açıqlayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, yeni il gecəsində gedişlərə tələb yüksək olub. Sifarişlərin sayı bir neçə minə çatsa da, sistem bütün sifarişlərin öhdəsindən müvəffəqiyyətlə gəlib. Bununla yanaşı, şəhər üzrə avtomobilin sifarişçiyə çatdırılma vaxtı beş dəqiqəni ötməyib.

Şirkətdən daxil olan məlumatda qeyd olunub: “Bir sıra istifadəçilər “Uber” xidmətinə yeni il gecəsinin ən mühüm məqamını – 2017-ci ilin ilk dəqiqələrini ailə və yaxınların əhatəsində keçirmək imkanını etibar ediblər: yüzlərlə insan gecə yarısına bir neçə dəqiqə qalmış “Uber” avtomobillərindən enirdilər”.

İstifadəçilər həmçinin gediş marşrutu haqqında məlumatı, təqribi çatma vaxtını qohum və dostlarla paylaşıb, gediş haqqını öz yoldaşları və yaxınları ilə bölüşərək yeni il gecəsi xərclərinə qənaət ediblər.

2017-ci il başlayandan sonra da Bakı sakinləri yeni ili qeyd etməyə davam ediblər. Qeyd edək ki, ən fəal istifadəçilər bayram gecəsi ərzində 7 gediş ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti