...

Yükdaşımada qloballaşma: Üçüncü tərəf yükdaşıması

İqtisadiyyat Materials 2 Oktyabr 2017 16:15 (UTC +04:00)
Qloballaşma nəqliyyata və yükdaşımaya təsir göstərən ən böyük biznes-tendensiyalardan biri olaraq qalır.
Yükdaşımada qloballaşma: Üçüncü tərəf yükdaşıması

Bakı. Trend:

Qloballaşma nəqliyyata və yükdaşımaya təsir göstərən ən böyük biznes-tendensiyalardan biri olaraq qalır.

Yük göndərənlər rəqabət qabiliyyətini saxlaya bilmək və müştərilərə daha yaxşı özəl xidmət təklif etmək üçün xarici bazarlara çıxır və müxtəlif coğrafi regionlarda möhkəmlənirlər.

Qloballaşma və yükdaşımanın idarə edilməsi üçün texnologiyaların inkişafı nəqliyyat biznesində yeni iş üslubu yaradır. Təchizat zəncirinin bütün iştirakçılarının əməkdaşlığı, məhsulların əldə edilməsi imkanlarının artırılmasına, müştərilərlə qarşılıqlı əlaqələrin möhkəmlənirilməsinə və yeni bazarlarda imkanların genişləndirilməsinə yönəlmişdir.

Artıq bir neçə ildir ki, effektiv iş və xərclərin optimallaşdırılması üçün yükdaşıma şirkətləri 3PL deyilən– Third Party Logistics - xidmətlərini aktiv şəkildə tətbiq etməklə vahid təchizat zəncirlərinə agentlər yönəltməyə başladılar. Başqa sözlə, 3PL autsorsinqdir və bütün yükdaşıma funksiyalarını üçüncü tərəfə verməyi nəzərdə tutur. Bu rolda isə adətən yükdaşıma xidmətləri təchizatçısı çxış edir. Getdikcə daha çox şirkət bu cür zəncirlərin effektivliyini anlayır və qlobal bazarlarda rəqabət apara bilmək üçün 3PL xidmətlərdən fəal şəkildə istifadə edir. Yükdaşıma bazarının peşəkar araşdırılması ilə məşğul olan nüfuzlu Avropa şirkəti “Eye for transport”un apardığı təhlilə əsasən Avropanın 500 nəqliyyat şirkətinin 60 %-i ən azı bir 3PL xidmətləri təchizatçısı ilə çalışır.

2017-ci il üzrə “İllik 3PL yükdaşıma araşdırması”nın nəticələri göstərir ki, real zamanda 3PL-in təhlili yük göndərənlərin 71%-i üçün alternativ nəqliyyat qərarlarının işlənib hazırlanmasına və ticarət xəttlərinin 61 %-nin dəyəri və xidmət səviyyəsinə görə dəyərləndirilməsinə kömək edir. Yükgöndərənlərin və yükdaşıma xidməti göstərənlərin müştərilərlə qarşılıqlı fəaliyyət, strateji idarəetmə və informasiya texnologiyaları sahəsində peşəkar biliklərə malik olmalarına ehtiyacı var.

AsstrA-Associated AG – biznesin aparılmasında 3PL xidmətlərindən istifadə edən yaxşı çoxmillətli nəqliyyat-yükdaşıma şirkəti nümunəsidir. 90-cı illərin sonlarında İsveçrədə əsası qoyulan şirkət 25 il ərzində Avropa, MDB və Asiyanın 16 ölkəsində təmsil olunan holdinqə çevrildi. Bu müddət ərzində AsstrA şirkətinin mütəxəssisləri hazırda özündə qloballaşma və informasiya texnologiyalarının inkişafını ehtiva edən bir çox: iş, iqtisadi, qanunvericilik, texnoloji və geosiyasi sahələrdə mühüm dəyişikliklər sayəsində müxtəlif yükdaşıma situasiyalarının həllində uğur qazanmışlar. AsstrA müştəriləri yükdaşımada optimal həll yolları ilə təmin etməklə idarətmədə innovasiyalar tətbiq edir.

AsstrA-nın icraçı direktoru Denis Qural qloballaşma məsələsini şərh edərək qeyd edib: “Biz anlayırıq ki, qlobal miqyasda biznes həyata keçirən müştərilərə dəyişən tələblərə uyğunlaşa bilən təchizatçının hərtərəfli və çox çeşidli xidmətləri lazımdır. Bu səbəbdən biz, tələbin hansı istiqamətə yönələcəyindən asılı olmayaraq, yükdaşıma xidmətləri bazarında əsas oyunçu olmağa çalışırıq”.

Qloballaşma çox zaman dünya arenasında amansız rəqabətə gətirib çıxarır və yerli bazarları inhisara almağa qadir olan, kiçik və orta şirkətləri biznesləri öz inkişafları üçün çətin şəraitlə qarşılaşmağa məcbur edən “dərin cibli” nəhəng iştirakçıların çoxalmasına səbəb olur.

AsstrAnın yükdaşıma bazarı üzrə ekspertlər qrupu yükdaşımada minimal risklər və itkilərlə optimal həll yolları işləyib hazırlamaq üçün, qlobal biznesin inkişafı “lehinə” və ya “əleyhinə” yanaşmalarına əsaslanaraq, öz müştərilərinə məsləhətlər verməyə hazırdır.

“AsstrA-Associated Traffic AG” baş ofisi Sürixdə yerləşən (İsveçrə) beynəlxalq nəqliyyat-logistika holdinqidir. Holdinq logistika sahəsində 20 ildən artıq iş təcrübəsinə və qüsursuz nüfuza malikdir. Şirkət MDB, Avropa və Asiyanın 16 ölkəsində təmsil olunub. “AsstrA” müxtəlif nəqliyyat vasitələri ilə beynəlxalq daşımaların təşkili, idxal-ixrac müşayiəti, yüklərin sığortalanması, layihə logistikası, habelə ticarət, anbar və gömrük xidmətlərini özündə birləşdirən kompleks xidmətlər təqdim edir. “AsstrA” ofislərinin geniş coğrafiyası və peşəkarlarla əməkdaşlığı sayəsində cəlbedici qiymətlər üzrə optimal logistik həllər təklif edir, hər bir müştəri və tərəfdaşın tələbatlarını nəzərə alır. “AsstrA” Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası və Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının üzvüdür, habelə ISO 9001, ISO 14001, OHSAS 18001 sertifikatlarına malikdir.

Xəbər lenti

Xəbər lenti