...

İrandan Azərbaycana TƏKLİF - Ticarətdə milli valyutadan istifadə ilə bağlı

İqtisadiyyat Materials 30 Oktyabr 2017 09:16 (UTC +04:00)
İran Azərbaycana ikitərəfli ticarətdə hər iki ölkənin milli valyutasından istifadə etməyi təklif edir.
İrandan Azərbaycana TƏKLİF - Ticarətdə milli valyutadan istifadə ilə bağlı

Bakı. Fərhad Daneşvər - Trend:

İran Azərbaycana ikitərəfli ticarətdə hər iki ölkənin milli valyutasından istifadə etməyi təklif edir.

Bunu Trend-ə İranın iqtisadiyyat və maliyyə naziri Məsud Karbasian deyib.

Səfir bildirib ki, tərəflər Azərbaycan və İran arasında maliyyə münasibətlərinin sadələşdirilməsi məqsədilə müstəqil bankın yaradılması imkanlarını da müzakirə edirlər: "Bank sahəsində əməkdaşlığın genişləndirilməsi ölkələrimiz arasında iqtisadi və istehsal əlaqələrinin gələcək inkişafı üçün yoldur".

M.Karbasian Türkiyə və Rusiya ilə ticari əlaqələrdə milli valyutadan istifadənin müsbət nəticələrini vurğulayaraq, belə bir təcrübənin Azərbaycanla ticari əməkdaşlıqda tətbiq edilməsi imkanını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti