...

Deputat: Tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycan regionda söz sahibi statusunu möhkəmləndirir

İqtisadiyyat Materials 30 Oktyabr 2017 17:30 (UTC +04:00)
Tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycan regionda söz sahibi statusunu möhkəmləndirir.
Deputat: Tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycan regionda söz sahibi statusunu möhkəmləndirir

Bakı. Elçin Mehdiyev - Trend:

Tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycan regionda söz sahibi statusunu möhkəmləndirir.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

O bildirib ki, tarixi İpək Yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropanı və Asiyanı, hətta ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub: "Bu səbəbdən də həm ulu öndərimiz Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri ölkəmizin tranzit mərkəzinə çevrilməsini tam təmin etmək olub”.

S.Vəliyeva qeyd edib ki, son illər ölkəmizin nəqliyyat infrastrukturunda həyata keçirilən yenidənqurma işlərinin həyata keçirilməsi, hava limanlarının, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi nəticəsində Asiya ilə Avropanın qovuşmasında yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmi daha da artıb: “Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilən Azərbaycan həm də öz tranzit imkanlarını artırmağa yol açan beynəlxalq təşəbbüslərin də müəllifidir. Bu təşəbbüslərdən biri Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsidir. Tarixi İpək Yolunun bərpası çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində böyük addım olan bu layihənin icrası başa çatıb. Beynəlxalq standartlara uyğun tikilən bu dəmir yolu yüklərin və sərnişinlərin fasiləsiz, vaxtında və təhlükəsiz daşınmasını təmin edərək daşımaların həcminin artmasına, tariflərin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq, nəqliyyat infrastrukturunun geniş miqyasda inkişafına, nəqliyyat əlaqələrinin səmərəliliyinin artmasına, beynəlxalq bazarlara daha əlverişli çıxışın təmin olunmasına şərait yaradacaq".

Deputat vurğulayıb ki, BTQ dəmir yolu xəttinin istismara verilməsi ilə həm bərə, həm də konteyner-vaqon daşımaları daha da inkişaf edəcək: "Bu isə beynəlxalq daşımalarda mühüm rol oynayır. Bu tarixi layihənin həyata keçirilməsi yük və sərnişinlərin Avropaya və Asiyaya çatdırılması ilə yanaşı, ixrac mallarının Azərbaycan ərazisindən tranzitinin artmasına, Xəzər hövzəsi regionunun Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin qurulmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, əmtəə və xidmətlərin nəqli yollarının diversifikasiyasına xidmət edəcək, Azərbaycanın və region dövlətlərinin xarici iqtisadi əlaqələrinin səmərəliliyini daha da yüksəldəcək”.

O deyib ki, bu dəmir yolu Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında əvəzsiz rol oynamaqla bərabər, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq: "Həmçinin, bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması demək olacaq. Bu mənada Azərbaycan BTQ yeni dəmir yolu bağlantısı layihəsinin uğurla başa çatdırılmasını təmin etməklə, gələcəyə hesablanmış daha bir möhtəşəm addım atdı. Ölkəmizə gələcək bütün iqtisadi dividendlərlə yanaşı, BTQ tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi statusunu möhkəmləndirən mühüm faktora çevriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti