...

İpoteka kreditləri üzrə zəmanət mexanizminin bu ilin ilk rübündə tətbiqinə başlanılması nəzərdə tutulur

İqtisadiyyat Materials 12 Yanvar 2018 18:27 (UTC +04:00)
Zəmanət mexanizminin tətbiqi ilə bağlı işlər yekunlaşıb.
İpoteka kreditləri üzrə zəmanət mexanizminin bu ilin ilk rübündə tətbiqinə başlanılması nəzərdə tutulur

Bakı. Trend:

Şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şəraitin yaradılmasını təmin edilməsi məqsədilə zəmanət mexanizminin tətbiqi ilə bağlı işlər yekunlaşıb.

İpoteka və Kredit Zəmanət Fondundan Trend-ə verilən məlumata görə, ipoteka kreditləri üzrə zəmanət mexanizminin 2018-ci ilin ilk rübündə tətbiqinə başlanılması nəzərdə tutulur.

Zəmanət mexanizminin tətbiqi ipoteka kreditlərinin verilməsi prosesinin sürətləndirilməsi və sadələşdirilməsinə, habelə maliyyə risklərinin optimal idarə olunmasına zəmin yaradacaq.

lki illərlə müqayisədə 2017-ci ildə rekord sayda və ən yüksək həcmdə ipoteka kreditləri verilib.

2017-ci il ərzində müvəkkil banklara ümumi məbləği 859,7 mln. manat təşkil edən 12702 sayda müraciət daxil olub, 203,1 mln.manat məbləğində isə 3109 ipoteka krediti verilib.

2017-ci il ərzində verilmiş ipoteka kreditlərinin 2860 ədədi (184,2 mln.manat) "Azərbaycan İpoteka Fondu" ASC tərəfindən maliyyələşdirilib.

Ümumilikdə, 2006-2017-cı illərdə Cəmiyyətin vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 944,3 mln.manata, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 21300-ə yaxın olub. Bu kreditlərin 278,7 mln. manatdan çox hissəsini (6238 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib.

İpoteka kreditlərindən faydalananların 70,3%-ni gənclər və gənc ailələr təşkil etmiş, kreditlərin 24,1%-i isə regionlarda verilib.

İnşa ediləcək mənzillərin güzəştli ipoteka kreditləri vasitəsilə satışının dəstəklənməsi məqsədilə bu mənzilləri almaq hüququ olan şəxslərin dairəsi güzəştli ipoteka krediti almaq hüququ olan şəxslərin dairəsi ilə eyniləşdirilib.

Eyni zamanda, Nazirlər Kabinetinin sərəncamı ilə 2017-ci ildə dövlət büdcəsindən Cəmiyyətə ayrılmış 50 mln. manatın 20 mln. manatının güzəşti şərtlərlə mənzillərin alınmasına yönəldilməsi qərara alınıb.

Hazırda hər iki təşkilat tərəfindən ipoteka kreditləşməsi sahəsində etibarlı məlumat mübadiləsinin təşkili məqsədilə "Elektron ipoteka" sistemi ilə "Güzəştli mənzil" sistemi arasında inteqrasiya imkanları üzrə iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti