Bakı. Trend:
Yanvar ayının 12-də Xalq Bank tərəfindən 2017-ci ilin may ayının 1-dən 2018-ci ilin yanvar ayının 10-dək keçirilən "Xalq Bank kartı ilə ödəniş qazanclıdır!" lotereyasının sonuncu, 36-cı tirajı keçirildi və qaliblər müəyyən olundu.
Bankdan Trend-ə verilən məlumata görə, lotereyanın şərtlərinə görə ən azı 10 manat (və ya xarici valyutada ekvivalenti) məbləğdə nağdsız ödəniş edən bütün Xalq Bank kartlarının sahibləri lotereyada iştirak edib dəyərli hədiyyələrə sahib ola bilərdi. Uduşlar həftəlik və aylıq oynanılırdı, hər həftə 3 qalib “Cinemaplus” kinoteatrlarına iki nəfərlik dəvətnamə, hər ay 2 qalib “Sakit Göl, Şamaxı” hotelinə istirahət kuponu və 500 AZN məbləğində xaricə səyahət kuponu qazanırdı.
Ümumiyyətlə, "Xalq Bank kartı ilə ödəniş qazanclıdır!" lotereyasında 108 ədəd “Cinema Plus” kinoteatrlar şəbəkəsinə dəvətnamə və hər biri 8 ədəd olmaqla “Şamaxı, Sakit Göl” hotelinə istirahət kuponu və xarici ölkəyə səhayət üçün kupon oynanılmışdır.
Sonuncu, 36-cı tirajın qalibləri - son həftə ərzində 30 bilet toplayan Mənəfov Rahim Həvasət oğlu, 24 biletlə Urazayev Tahir İbrahimoviç və 21 biletlə Məmmədov Anar Abbas oğlu Xalq Bank tərəfindən “Cinema Plus” kinoteatrlar şəbəkəsinə 2 nəfərlik dəvətnamə, dekabr ayının təsadüfi seçim nəticəsində müəyyən edilmiş qalibləri - Nağıyeva Almas Məhəmməd qızı (bilet nömrəsi 264622) "Sakit Göl, Şamaxı" hotelinə istirahət kuponu, Kiçikbəyov Şamil Baləhmədoviç (bilet nömrəsi 264313) isə 500 AZN-lik xarici ölkəyə səyahət kuponu qazandılar.
Bütün qalibləri təbrik edirik!