...

Kriptovalyuta bazarı dəyişdi - Bitkoin 10 min dolları keçdi

İqtisadiyyat Materials 19 Fevral 2018 14:45 (UTC +04:00)
Dünyada ən populyar kriptovalyuta olan bitkoin son ucuzlaşmadan sonra qiymətini artırmaqda davam edir.
Kriptovalyuta bazarı dəyişdi - Bitkoin 10 min dolları keçdi

Bakı. Trend:

Dünyada ən populyar kriptovalyuta olan bitkoin son ucuzlaşmadan sonra qiymətini artırmaqda davam edir. Növbəti iki həftə ərzində ekspertlər bitkoinin qiymətinin volatil olacağını bildirir.

Trend-in "CoinMarketCap" portalına istinadən məlumatına görə, indi bitkoinin qiyməti 2,81 faiz bahalaşaraq 10,89 min dollar təşkil edib.
Alternativ kriptovalyutalar - "Ethereum" 1,46% və ya 947,09 dollaradək, "Ripple" 0,49% (1,14 dollara qədər), "Bitcoin Cash" isə 1,69% (1,527 min dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 496,59 milyard dollar təşkil edir. Bu göstəricinin 34 faizi bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti