...

195-2 Çağrı Mərkəzinə birinci rübdə 2500-dən çox müraciət daxil olub

İqtisadiyyat Materials 13 Aprel 2018 20:17 (UTC +04:00)
2018-ci ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyinin195-2 Çağrı Mərkəzinə 2500-dən çox müraciət daxil olub.
195-2 Çağrı Mərkəzinə birinci rübdə 2500-dən çox müraciət daxil olub

Bakı. Trend:

2018-ci ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyinin195-2 Çağrı Mərkəzinə 2500-dən çox müraciət daxil olub.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu müraciətlərin 2 minə yaxını canlı rejimdə birbaşa, digər hissəsi isə səsli menyu vasitəsilə cavablandırılıb. Ümumilikdə isə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək Çağrı Mərkəzinə 75 mindən çox müraciət daxil olub.

Müraciətlər əsasən, sahibkarlıq, güzəştli kreditlərdən istifadə olunması, lisenziyaların verilməsi, istehlakçıların hüquqlarının müdafiəsi, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi mexanizmləri və Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, eyni zamanda canlı rejimdə daxil olmuş araşdırma tələb edən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb.

Məlumat üçün qeyd edək ki, 195-2 Çağrı Mərkəzi İqtisadiyyat Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətləri birbaşa və ya qanunamüvafiq qaydada araşdırıldıqdan sonra cavablandırır, məlumatlandırma və məsləhət xidməti göstərir. Vətəndaşlar 195-2 Çağrı Mərkəzi xidmətinin səsli menyusundan istifadə etməklə İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyalar, investisiya təşviqi sənədinin, hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən istifadə, qrant müqavilələrinin qeydə alınması qaydası, sahibkarlıq sahəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən yoxlamaların dövlət tənzimlənməsi və istehlakçıların qanuni hüquqlarının müdafiəsi barədə ümumi məlumatları istənilən vaxt əldə edə bilər.

Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti