Bakı. Trend:
2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27.9 mlrd. manat, cəmi öhdəlikləri isə 24.0 mlrd. manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, sektorun balans kapitalı 3.9 mlrd. manat, əhalinin əmanətləri isə 7.6 mlrd. manat olmuşdur. 2018-ci ilin mart ayı ərzində bank sektorunun aktivləri 2.1% (591 mln. manat), öhdəlikləri 2.3% (576 mln. manat), kapitalı isə 0.4% (15 mln. manat) artıb.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,455 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,389 nəfər təşkil edib. Mart ayında bank sektorunda işçi sayı 0.4% və ya 58 nəfər artıb.
31 mart 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri