...

Deloitte Azərbaycan şirkəti Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyini yeni ofisində qeyd etdi

İqtisadiyyat Materials 15 May 2018 13:31 (UTC +04:00)

Bakı. Trend:

Deloitte Azərbaycan şirkəti Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyini yeni ofisində qeyd edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyinə həsr edilmiş ziyafətdə səfirlər və dövlət rəsmiləri, o cümlədən beynəlxalq və yerli biznes icmasını təmsil edən rəhbər şəxslər iştirak edib. Tədbiri açıq elan edən Deloitte Azərbaycanın rəhbəri Nuran Kərimov tədbir iştirakçılarını Bakının müasir mərkəzi hesab edilən “Ağ Şəhər” ərazisində yerləşən Deloitte şirkətinin tam yeni ofisində salamlayıb. O, öz açılış nitqində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi, müstəqil dövlətçilik ənənələrinin formalaşması barədə məlumat verib.

Tədbirdə çıxış edən Deloitte MDB-nin Baş İcraçı Direktoru İan Koulburn da Respublikamızın yüzilliyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Öz çıxışı zamanı Koulburn Deloitte şirkətinin yeni ofisinin Bakının Ağ Şəhər ərazisində yerləşməsi və bu miqyasda tədbirin təşkil olunmasını şirkətin Azərbaycandakı fəaliyyətinin genişlənməsi və Deloitte üçün Azərbaycan bazarının həm MDB, həm də qlobal miqyasda xüsusi əhəmiyyətinin göstəricisi olmasını vurğulayıb.

Deloitte audit, vergi, hüquq və konsaltinq sahəsində peşəkar xidmətlər təklif etməklə, dünyanın aparıcı şirkətlərindən biridir. Artıq on beş ildən artıq müddətdir ki, Deloitte, Azərbaycan bazarında müvəffəqiyyətlə fəaliyyət göstərir və hal-hazırda Deloitte Bakı ofisində 120 nəfərdən artıq işçi çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti