...

Ağsuda heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır (FOTO)

İqtisadiyyat Materials 26 Fevral 2019 12:38 (UTC +04:00)
Cari ilin ilk günlərindən başlayaraq bütün ölkədə olduğu kimi, aqrar rayon olan Ağsu rayonunda da kənd təsərrüfatı heyvanları arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.
Ağsuda heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır (FOTO)

Bakı. Trend:

Cari ilin ilk günlərindən başlayaraq bütün ölkədə olduğu kimi, aqrar rayon olan Ağsu rayonunda da kənd təsərrüfatı heyvanları arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) Trend-ə verilən məlumata görə, cari ilin tədbirləri başlayandan indiyə kimi 15 sahə baytarlıq məntəqəsi vasitəsilə Ağsu rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarında 3723 baş iribuynuzlu, 481 baş təkdırnaqlı heyvanda qarayara, 3358 baş sahibli itdə quduzluq, 142 000 baş quşda nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə, 3500 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb.

Eləcə də həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1789 baş iribuynuzlu heyvandan qan nümunəsi alınaraq bruselyoza görə seroloji müayinə edilib. Bununla yanaşı, 200 baş iribuynuzlu heyvan vərəmə, 300 baş təkdırnaqlı heyvan manqoya görə diaqnostik müayinələrə cəlb olunub.

Fevral ayının 10-dan isə Ağsu rayonunda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 26 min baş iribuynuzlu heyvanda bu tədbir aparılıb.

Tədbirlər çərçivəsində həm də maariflənmə işi aparılaraq iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir.

Ümumiyyətlə, 1 yanvar 2019-cu il tarixinə olan məlumata görə, Ağsu rayonunun 1 şəhər və 79 kəndində 38 301 baş iribuynuzlu, 141 669 baş xırdabuynuzlu, 981 baş təkdırnaqlı, 4000 baş it, 236 696 baş ev quşu və qeydiyyatdan keçən 10 187 arı ailəsi mövcuddur.

Ağsu rayonunda bundan sonra isə ev quşlarında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlarda bruselyoz və epedidimit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə və atlarda manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulub.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti