...

Azərbaycanla Bolqarıstan birgə zirehli jiletlər istehsal edə bilər (YENİLƏNİB)

İqtisadiyyat Materials 14 Mart 2019 16:51 (UTC +04:00)
Azərbaycanla Bolqarıstan birgə zirehli jiletlər istehsal edə bilər.
Azərbaycanla Bolqarıstan birgə zirehli jiletlər istehsal edə bilər (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanla Bolqarıstan birgə zirehli jiletlər istehsal edə bilər.

Trend-in məlumatına görə, bunu Bolqarıstanın baş naziri Boyko Borisov jurnalistlərə açıqlamasında deyib.

Baş nazir bildirib ki, hazırda zirehli jiletlərin istehsalı ilə bağlı birgə müəssisənin yaradılması istiqamətində Azərbaycanla Bolqarıstan şirkətləri arasında danışıqlar aparılır.

B.Borisov qeyd edib ki, Azərbaycanla Bolqarıstan bir çox sahələrdə, o cümlədən turizm, mədəniyyət və digər sahələrdə səmərəli əməkdaşlıq edir:

“Düşünürəm ki, bu əməkdaşlıq daha da inkişaf etdiriləcək. Qlobal Bakı Forumu ölkələr arasında əməkdaşlığın inkişafına mühüm töhfə verir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti