...

Nazir: Əhaliyə xidmət keyfiyyətini daha da yaxşılaşdıracağıq

İqtisadiyyat Materials 19 Mart 2019 15:32 (UTC +04:00)
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial müdafiə, sosial təminat sistemi dayanmadan genişləndirilir, inkişaf etdirilir.
Nazir: Əhaliyə xidmət keyfiyyətini daha da yaxşılaşdıracağıq

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial müdafiə, sosial təminat sistemi dayanmadan genişləndirilir, inkişaf etdirilir.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində Novruz bayramı münasibətilə keçirilən görüş zamanı deyb.

Nazir birldirib ki, təkcə Prezident İlham Əliyev tərəfindən bu il verilən sərəncamlar, bu sahədə atılan addımlar, görülən işlər inqilabi xarakter daşıyır:

“Müxtəlif müavinətlərin, təqaüdlərin 2 dəfədən çox, əmək haqları və pensiyaların 40 faizdən çox artırılması həqiqətən də inqilabi addımlardır və birbaşa Azərbaycan vətəndaşlarının güzəranının yaxşılaşmasına yönəlib”.

S.Babayevin sözlərinə görə, sosial təminat, sosial müavinət sisteminin mütəmadi inkişafa ehtiyacı var:

“Daim təkmilləşmə işləri apararaq müxtəlif kateqoriyadan olan əhaliyə xidmət keyfiyyətini daha da yaxşılaşdıracağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti