...

Beynəlxalq Sosial Təminat Assosiasiyasının nümayəndə heyəti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

İqtisadiyyat Materials 14 May 2019 11:06 (UTC +04:00)
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Prezidenti Yoakim Bröyerin başçılıq etdiyi nümayəndə heyəti Bakıda keçirilən Avropa Regional Sosial Təminat Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdədir.
Beynəlxalq Sosial Təminat Assosiasiyasının nümayəndə heyəti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Prezidenti Yoakim Bröyerin başçılıq etdiyi nümayəndə heyəti Bakıda keçirilən Avropa Regional Sosial Təminat Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Forumdan əvvəl nümayəndə heyəti Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb.

Şəhidlər xiyabanı ziyarət olunaraq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə olunub, şəhidlərimizin məzarları üzərinə gül-çiçək dəstələri qoyulub.

BSTA-nın hər üç ildən bir keçirilən Avropa Regional Sosial Təminat Forumu Avropa ölkələrinin sosial təminat sahəsində aktual problemlərinin müzakirə edilməsinə və onların innovativ həllərlə aradan qaldırılmasına, fəal əməkdaşlıq və təcrübə mübadilələrinə şərait yaradan unikal platformadır. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlara beynəlxalq səviyyədə verilən yüksək qiymətin növbəti göstəricisi kimi, BSTA-nın növbəti Avropa Regional Sosial Təminat Forumunun Bakı şəhərində təşkil edilməsi qərara alınıb. Forumda beynəlxalq qurumlardan və 35 ölkədən nümayəndələr iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti