...

Nazir: İqtisadi islahatlar sahibkarlığın inkişafının əsasıdır (YENİLƏNİB)

İqtisadiyyat Materials 4 İyun 2019 11:08 (UTC +04:00)
Azərbaycanda keçirilmiş iqtisadi islahatlar özəl sektorun inkişafı və qeyri-neft sektorunun dayanıqlı artımına xidmət edir.
Nazir: İqtisadi islahatlar sahibkarlığın inkişafının əsasıdır (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycanda keçirilmiş iqtisadi islahatlar özəl sektorun inkişafı və qeyri-neft sektorunun dayanıqlı artımına xidmət edir.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev bu gün keçirilən "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxışı zamanı bildirib.

Nazir bildirib ki, qeyri-neft ixracının təşviqi məqsədilə hökumət sahibkarların büdcə dəstəyi mexanizmini işə salıb. Bu proqram çərçivəsində 2017-ci ildən ixracatçı sahibkarlar dövlət büdcəsindən 12 milyon manatdan çox vəsait alıblar.

Ş.Mustafayev deyib ki, indiyədək 28 ixrac missiyası təşkil olunub, məhsullarımız 24 beynəlxalq sərgidə iştirak edib:

“Nəticədə qeyri-neft ixracı 2017-ci ildə 24 faiz, 2018-ci ildə 10 faiz artıb”.

Nazir çıxışında bu ilin sonunadək Bakıda Kiçik və Orta Biznes Evi ("KOB Evi") açılacağını da qeyd edərək bildirib ki, bu istiqamətdə müəyyən işlər aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti