...

KOB-lar kommunikasiya və informasiyanın idarə olunması mövzusunda məlumatlandırılıb (FOTO)

İqtisadiyyat Materials 14 İyun 2019 18:00 (UTC +04:00)
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mütəmadi olaraq müxtəlif mövzularda maarifləndirici tədbirlər təşkil edilir.
KOB-lar kommunikasiya və informasiyanın idarə olunması mövzusunda məlumatlandırılıb (FOTO)

Bakı. Trend:

Kiçik və orta biznes subyektləri üçün Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mütəmadi olaraq müxtəlif mövzularda maarifləndirici tədbirlər təşkil edilir.

Agentlikdən Trend-ə verilən məlumata görə, KOBİA-nın təşkilatçılığı ilə növbəti belə təlim iyunun 14-də “Kommunikasiyanın və informasiyanın idarə olunması” mövzusunda keçirilib.

Təlimdə sahibkarlar, menecer və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar effektiv ünsiyyət, jest və mimikanın ünsiyyət prosesində rolu, işgüzar danışıqlar, görüş zamanı “30 saniyə qaydası” və s. barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti