Bakı. Elçin Mehdiyev – Trend:
2019-cu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25 milyon 141,6 min ton, yük dövriyyəsi isə 5 milyard 301,0 milyon ton-km olub.
Trend-in məlumatına görə, yüklərin 16 milyon 330,4 min tonu və ya 65,0 faizi avtomobil nəqliyyatı, 6 milyon 265,2 min tonu və ya 24,9 faizi dəmir yolu nəqliyyatı, 2 milyon 546,0 min tonu və ya 10,1 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 16,1 faizini və ya 4 milyon 056,5 min tonunu tranzit yüklər təşkil edib.