...

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır (FOTO)

İqtisadiyyat Materials 26 Fevral 2020 17:27 (UTC +04:00)

Bakı. Trend:

“Amadeus” şirkətinin İnformasiya texnologiyaları üzrə baş vitse-prezident Bruno Spadanın başçılıq etdiyi nümayəndə heyəti Bakıda işgüzar səfərdə olub.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işgüzar səfər çərçivəsində AZAL prezidenti Cahangir Əsgərov ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni texnologiyaların tətbiqi ilə bağlı məsələlərin müzakirə olunduğu görüş baş tutmuşdur. Cahangir Əsgərov qeyd etmişdir ki, ötən il paytaxt aeroportu dünyada bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanı olmuşdur.

Yeni “Amadeus” texnologiyaları sayəsində Heydər Əliyev Beynəlxalq Aeroportu yeni informasiya bazasını, resursların idarə edilməsi və uçuşlar haqqında məlumatların əks olunma sistemlərini və s. idarə etmək imkanı əldə etmişdir.

“Bizim prioritet məqsədlərimizdən biri Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin axınının artırılmasıdır. “Amadeus” şirkəti ilə əməkdaşlıq və müasir texnologiyalardan istifadə bizə görülən işlərin səmərəliliyinin yaxşılaşdırılması və ən əsası sərnişinlərə göstərilən xidmət keyfiyyətinin artırılmasına icazə verir”, - Cahangir Əsgərov bildirib.

“Azərbaycan paytaxtının hava limanı müasir aviasiya sənayesində müasir texnologiyalardan istifadənin üstünlüklərinin baris nümunəsidir. “Amadeus”un bulud həllərinin əsas üstünlükləri sırasına xərclərin səmərəli şəkildə optimallaşdırılması və idarə edilməsi imkanları da daxildir. Xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada bulud texnologiyalarına tamamilə keçid etmiş yeganə hava limanıdır", – Bruno Spada bildirib.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

“Amadeus” şirkəti aviadaşımalar və qlobal distribusiya sistemləri sahəsində dünyanın ən böyük İT xidmətləri təchizatçılarından biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti