...

Türkiyə Azərbaycana kimyəvi məhsul ixracını artırıb

İqtisadiyyat Materials 2 Mart 2020 09:03 (UTC +04:00)
2020-ci ilin yanvar ayında Türkiyə Azərbaycana kimyəvi məhsul ixracını artırıb
Türkiyə Azərbaycana kimyəvi məhsul ixracını artırıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin yanvar ayında Türkiyə Azərbaycana kimyəvi məhsul ixracını artırıb.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, 2020-ci ilin yanvar ayında Türkiyə Azərbaycana 22.307 milyon dollarlıq kimyəvi məhsul ixrac edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 12.06 faiz çoxdur.

2020-ci ilin yanvar ayında Türkiyədən kimyəvi məhsulların dünya bazarına ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq 1,700 milyard dollar təşkil edib.

2020-ci ilin yanvar ayında kimyəvi məhsulların ixracı 2020-ci ilin yanvar ayında Türkiyənin ümumi ixracının 11,5 faizini təşkil edib.

2019-cu ildə Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2018-ci illə müqayisədə 5,02 faiz artaraq 322,295 milyon dollar təşkil edib.

12 ayın nəticələrinə görə (yanvar 2019-cu il - yanvar 2020-ci il) Türkiyədən kimyəvi məhsulların ixracı 20,748 milyard dollar və ya göstərilən dövrdə ümumi ixracın 11,4 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti