...

Azərbaycan fevralda gündəlik 750,6 min barel neft hasil edib

İqtisadiyyat Materials 11 Mart 2020 11:40 (UTC +04:00)
2020-ci ilin fevral ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 750,6 min barrel olub. Bunun 667,4 min barrelini xam neft, 83,2 min barrelini kondensat təşkil edib. Gündəlik 530,3 min barrel xam neft, 79,6 min barrel kondensat, 12,4 min barrel neft məhsulları ixrac edilib.
Azərbaycan fevralda gündəlik 750,6 min barel neft hasil edib

Bakı. Trend:

2020-ci ilin fevral ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 750,6 min barel olub. Bunun 667,4 min barelini xam neft, 83,2 min barrelini kondensat təşkil edib. Gündəlik 530,3 min barel xam neft, 79,6 min barrel kondensat, 12,4 min barrel neft məhsulları ixrac edilib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamaq öhdəliyini artıqlaması ilə yerinə yetirib.

Energetika Nazirliyi fevral ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC nazirlərinin 7-ci iclasında “qəbul edilmiş Razılaşmaya uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2020-cu ilin mart ayının sonunda başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti