...

Sahib Ələkbərov: Sosial müavinətlərin verilməsi ilə bağlı heç bir fikir ayrılığı və ziddiyyət yoxdur

İqtisadiyyat Materials 25 Aprel 2020 18:37 (UTC +04:00)
Sahib Ələkbərov: Sosial müavinətlərin verilməsi ilə bağlı heç bir fikir ayrılığı və ziddiyyət yoxdur

Bakı. İlhamə İsabalayeva - Trend:

Sosial müavinətlərin verilməsi ilə bağlı heç bir fikir ayrılığı və ziddiyyət yoxdur.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə VÖEN almış şəxslərə birdəfəlik ödənişlərin verilməsindən imtina edilməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, 190 manat məbləğində birdəfəlik müavinətin ödənilməsi ilə bağlı çox söz-söhbətlər var.

Nazir müavini qeyd edib ki, bu məsələ ilə bağlı aprelin 23-də Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirinin müavini ilə danışıb:

"Biz tam olaraq, razılaşmışıq. VÖEN-in bu məsələyə aidiyyəti yoxdur. VÖEN vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir. Nömrə burada əsas rol oynamır. Amma ola bilsin ki, kimlərsə həqiqətən hələ də ona imtina cavabının verilməsindən narazılıq edir. Nəzərə almaq lazımdır ki, 2 gün əvvəl imtina cavabı alan insanlar da bu gün narazılıq edə bilərlər. Burada başqa məsələlər də ola bilər. Düşünürəm ki, bununla bağlı heç bir fikir ayrılığı və ziddiyyət yoxdur. Amma ortaya bir sual çıxarsa, onda o araşdırılmalı və aidiyyəti qurumlar bu sualın cavabını verməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti