...

Azərbaycanda arı ailəsinin sayı artıb - RƏSMİ

İqtisadiyyat Materials 28 İyul 2020 12:22 (UTC +04:00)
Azərbaycanda arı ailəsinin sayı artıb - RƏSMİ

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycanda arı ailəsinin sayı 500 minəcən artıb.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, ölkədə arıçılıq son illərdə sürətlə inkişaf edir: "Son iki ildə arı ailələrinin sayı 270 mindən 500 minə kimi artıb. Bu, çox gözəl tendensiyadır, burada tək arı məhsullarının istehsalının artmasından söhbət getmir. Arı ailəsi nə qədər çox olarsa, bir o qədər də ekolgiyaya müsbət təsrləri olar. Tozlanma artdıqca meyvə ağaclarında çiçəklənmə və məhsuladarlıq çoxalır. Biz hesab edirik ki, ölkədə hər hansı aqrar sahədə inkişaf varsa, arıçılığın da orada rolu var. Arıçılığın inkişafı digər sahələrə də faydalıdır".

Sədr bildirib ki, bu il ötən ilə nisbətən daha çox bal əldə ediləcəyi gözlənilir:

"Ötən il Azərbaycanda 6 min tona yaxın arı balı istehsal olundu. Bu il məhsuldarlıq bol olduğundan düşünürük ki, istehsalda da artım olacaq".

B.Həsrətov əlavə edib ki, bəzi ölkələrə ixracatda problemlər yaranıb:

"Belə ki, Azərbaycan Yaponiyaya 6-8 tona yaxın bal ixrac edirdi və bu sayı 100 tonacan artırmaq istəyirdik. Ancaq təəssüflər olsun ki, bəzi sənədlərə görə bu ixrac hələlik dayanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti