...

İqtisadiyyatı qorumaq üçün dövlət sistemli qabaqlayıcı tədbirlər gördü - Ekspert (VİDEO)

İqtisadiyyat Materials 8 Sentyabr 2020 16:54 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Bir sıra digər ölkələrdən fərqli olaraq Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ön planda insan amili, sosial siyasət, insanların sağlamlığnın qorunması dayandı.

Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı ekspert Elşad Məmmədov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə açıqlamasında deyib.

E.Məmmədov bildirib ki, bu tədbirlərin həyata keçirilməsi xalqın ölkə başçısına inamını daha da möhkəmləndirdi:

“Baxmayaraq ki, pandemiya səbəbindən biz iqtisadiyyatın xeyli hissəsində qapanmaların şahidi olduq, ancaq bütün bu proseslərin fonunda iqtisadiyyatı qorumaq üçün dövlət bir tərəfdən sistemli qabaqlayıcı tədbirlər gördü, digər tərəfdən əhaliyə sosial ödənişlər reallaşdırıldı, biznesin ən həssas seqmentləri dövlət dəstəyi aldı. Ən əsası odur ki, dövlət başçısının göstərişi ilə əhalinin sağlamlığının qorunması Azərbaycanda reallaşdırılan anti-böhran tədbirlərinin prioritetinə çevrildi”.

"PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinin tam versiyasını sizə təqdim edirik:

Video layihənin digər bölümlərini buradan, həmçinin TREND İnformasiya Agentliyinin "Youtube" kanalından izləyə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti