...

Musa Quliyev: Ünvanlı sosial yardım alanların sayı 10 min nəfər artıb

İqtisadiyyat Materials 9 Sentyabr 2020 11:13 (UTC +04:00)
Musa Quliyev: Ünvanlı sosial yardım alanların sayı 10 min nəfər artıb

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus pandemiyası ilə uğurlu mübarizə aparılır.

Trend-in məlumatına görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev bildirib.

Bu məqsədlə bu il dövlət büdcəsindən əhaliyə 600 milyon manat ayrıldığını, bu dəstəyin 4,8 milyon insanı əhatə etdiyini söyləyən komitə sədri deyib ki, 600 min nəfərə birdəfəlik ödəmə verilib, açılan 90 min ictimai iş yerindən 75 minində insanlar çalışır: “Bu il ünvanlı sosial yardım alanların sayı da 10 min nəfər artıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti