Bakı. Sədrəddin Ağcayev - Trend:
Dünya avtomobil şirkətləri 2021-ci ilin ilk yarısında avtomobil istehsalını 2 milyon azaldacaq.
Trend-in məlumatına görə, bu barədə "Oxford Economics" konsaltinq şirkətinin hesabatında deyilir.
Qeyd olunur ki, bu azalma 2020-ci ilin sonunda yaranmış yarımkeçirici qurğuların qıtlığı ilə əlaqədardır.
Bundan başqa, pandemiya dövründə və ötən ilin yaz-yay aylarında bir çox ölkədə sərt qapanmalar müddətində bəzi ölkələrdə avtomobil zavodları işlərini dayandırıb, şirkətlər isə yarımkeçiricilər üçün sifarişləri azaldıb:
"Mikrosxemlərin istehsal müddəti 6 aya çatır. Ona görə də dünya avtomobil sənayesi istehsal prosesini bərpa etdikdən sonra mikrosxem qıtlığı yaşanmağa başladı. Bu da öz növbəsində istehsalın azalmasına gətirib çıxaracaq".
(Tərcümə: Orxan Nəbiyev)