...

Renault və Nurgün Motors Alpine F1 komandasını Renault avtomobilləri ilə təmin edib (FOTO)

İqtisadiyyat Materials 8 İyun 2021 11:22 (UTC +04:00)
Renault və Nurgün Motors Alpine F1  komandasını Renault avtomobilləri ilə təmin edib (FOTO)

Bakı. Trend:

Renault markası elə ilkin dövrlərdən başlayaraq avtomobil yarışlarına üstünlük verir. İlk avtomobilinin istehsalından bir il sonra, 1899-cu ildə Renault ilk dəfə Paris-Truvil avtomobil yarışında qalibiyyət qazandı. 1903-cü ildə Marcel-in Paris-Madrid avto-yarışında vəfatından sonra, yalnız peşəkar sürücülərdən istifadə edilməsi qərarı alındı və bu günə qədər də avtomobil yarışlarının aktiv iştirakçısıdır.

Formula 1 yarışları 1950-ci ildən bəri keçirilir və bu yarışlar dünyanın ən prestijli avtoidman çempionatı olmaqla yanaşı həm də il boyu keçirilən ən məşhur idman seriya yarışlarıdır. Formula 1 Dünya Çempionatı Formula 1-in tərkib hissəsidir və bu çempionatla bağlı eksklüziv kommersiya hüquqları FİA Formula 1 Dünya Çempionatına məxsusdur.

2016-cı ildən etibarən Formula 1 yarışları Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməyə başlamışdır. Elə 2016-cı ildən Bakıda keçirilən Formula 1 hər kəsə böyük sürət, həyəcan vəd etdiyindən və eyni zamanda trek ətrafında möhtəşəm əyləncə tədbirləri, konsert proqramları olduğundan , azarkeşlər paytaxtımıza səfər edərək , yarışı burada izləməyə böyük maraq göstərirdilər. Əlbəttə ki, ölkəyə çox sayda turistin gəlməsi tək turizm sahəsinin deyil, bir çox sahələrin inkişafına təkan verdi. Azərbaycanda da, başda turizm sektoru olmaqla , iqtisadiyyatın turizmlə bağlı müxtəlif sahələrində canlanma yarandı.

Renault Azərbaycan da bütün dövrlərdə Formula 1 yarışlarını yaxından izləyib. Formula 1 pilotları ilə mütəmadi olaraq ünsiyyətdədir. Renault Azərbaycan Renault-nun F1 komandasının pilotlarını Bakıda səfər müddəti ərzində avtomobil ilə təmin etmişdir. Belə ki, Renault komandasının pilotları Renault markasının ecazkar dizayna malik Arkana, gənc və dinamik ruhlu modeli Kaptur və əsl yolsuzluq avtomobili olan Duster modelləri ilə təmin olunmuşlar. Pilotlar avtomobillərdən son dərəcə məmnun qalmış və xatirə olaraq avtomobillərin üzərinə öz imzalarını qeyd etmişlər. Həmin avtomobillər Renault salonunda Formula 1 həvəskarları üçün nümayiş olunmaqdadır və bu avtomobillər ilə sınaq yürüşü etmək istəyən hər kəs Renault Azərbaycan salonuna dəvətlidir.

Qeyd edək ki, Renault Markasının Azərbaycanda rəsmi distrübütoru “Nurgün Motors” şirkətidir. "Renault" salonundan alınan hər hər bir avtomobilə 3 il və ya 100000 km zəmanət verilir. “Renault” satış mərkəzində Azərbaycanın fərdi və korporativ müştəriləri üçün minik avtomobilləri və krossoverləri Logan, Sandero, Duster, Kaptur, Arkana və eləcə də ticari avtomobilləri Dokker yük, Dokker 5 yerli sərnişin avtomobilləri, müxtəlif həcmli Master yük və 17 yerə qədər sərnişin daşıya bilən Master sərnişin daşıma avtomobilləri təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti