...

Rusiya şirkətlərinin Azərbaycanda logistika layihələrində iştirakı yeni bazarlara çıxışı təmin edəcək - Rusiya Sənaye və Ticarət Nazirliyi

İqtisadiyyat Materials 10 Avqust 2021 08:13 (UTC +04:00)
Rusiya şirkətlərinin Azərbaycanda logistika layihələrində iştirakı yeni bazarlara çıxışı təmin edəcək - Rusiya Sənaye və Ticarət Nazirliyi

Bakı. Sədrəddin Ağcayev - Trend:

Rusiya şirkətlərinin Azərbaycan ərazisində logistika layihələrində iştirakı Rusiyanın Azərbaycana ixrac üzrə lider mövqelərini möhkəmləndirməyə kömək edəcək, Azərbaycana qonşu olan yeni bazarlarda iş üçün yeni imkanlar təmin edəcək.

Bunu Trend-ə Rusiyanın Sənaye və Ticarət Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Rusiya şirkətləri Azərbaycanda uzunmüddətli əsasda işləməyə, istehsal müəssisələri açmağa, yeni iş yerləri yaratmağa və dövlət büdcəsinə vergilər ödəməyə hazırdır:

"Onlar Azərbaycan rəhbərliyinin dəstəyini hiss edir, istehsalın təşkil olunmasında və biznesin həyata keçirilməsində İqtisadiyyat Nazirliyindən, İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) real kömək əldə edir".

Nazirlikdən bildiriblər ki, Azərbaycan özünü regionun aparıcı nəqliyyat-logistika qovşağı kimi təqdim edir. Cənubi Qafqazda ölkənin fəal iştirakı ilə "Şimal-Cənub", "Avropa-Qafqaz-Asiya" (TRACECA), Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Bakı-Tbilisi-Qars dəmiryol magistralı kimi beynəlxalq nəqliyyat dəhlizi layihələri reallaşdırılır:

"Ələt azad iqtisadi zonasının işə salınması Azərbaycan ərazisindən yük dövriyyəsinin artırılması üçün əlavə stimul olacaq. "Şimal-Cənub" və "Şərq-Qərb" beynəlxalq dəhlizlərinin kəsişməsində əlverişli mövqedə yerləşən Ələt azad iqtisadi zonası ortamüddətli perspektivdə Xəzər hövzəsində iri logistika mərkəzinə çevriləcək".

(Tərcümə: Orxan Nəbiyev)

Twitter: agdzhaev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti