...

Azərbaycan məhsullarının ixracına qadağaların qoyulmaması üçün hansı tədbirlər görülür? - AÇIQLAMA

İqtisadiyyat Materials 9 Sentyabr 2021 13:56 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycandan məhsul idxalına hər hansı bir məhdudiyyətin və ya qadağaların olmaması istiqamətində tədbirlər görülür.

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov bildirib.

Rusiyanın federal xidməti ilə agentlik arasında bir sıra saziş və protokol imzalandığını vurğulayan E.Mikayılov, yeni sazişlərin bağlanmasında idxal prosesslərinin avtomatlaşdırılması, elektronlaşdırılması, tərəflər arasında aşkarlanan uyğunsuzluqlarla bağlı qarşılıqlı informasiya mübadiləsinin gücləndirilməsi, əvvəlcədən xəbərdarlıq sisteminin yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.

Onun sözlərinə görə, təsərrüfat sahiblərinin üzərinə artıq daha böyük öhdəliklər düşür ki, məhz idxalçı ölkələrin şərtlərini nəzərə almaqla, ölkədən keyfiyyətli, fitosanitar tələblərə cavab verən məhsulların ixracını həyata keçirsinlər.

E.Mikayılov bildirib ki, idxalçı ölkələrin və beynəlxalq konvensiyaların tələblərindən irəli gələrək sahibkarlarımız tərəfindən bir sıra qaydalara riayət etmələri gözlənilir:

"İlk növbədə sahibkarlar istifadə etdikləri toxum və şitillərin virus və bakteriyaya görə müayinə olunmasını təmin etməlidirlər. İstifadə olunan texnikalar dezinfeksiya olunmalı və təsərrüfata yalnız ixtisaslaşmış şəxslər daxil olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti