Bakı. Sədrəddin Ağcayev - Trend:
Azərbaycan bankları "Apple Pay" ödəniş sistemini fəal şəkildə sınaqdan keçirir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bir sıra banklar bu prosesdə fəal iştirak edir:
"Təmassız ödənişdən həm debet, həm də kredit kartları ilə yararlanmaq olar. Artıq gələn həftə bir sıra banklar tərəfindən "Apple Pay"in işə salınması gözlənilir".
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)