...

Azad edilmiş ərazilərdə hansı kənd təsərrüfatı məhsullarının istehsalı üstünlük təşkil edə bilər?

İqtisadiyyat Materials 10 Yanvar 2022 13:36 (UTC +04:00)
Azad edilmiş ərazilərdə hansı kənd təsərrüfatı məhsullarının istehsalı üstünlük təşkil edə bilər?

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın işğaldan azad edilmiş əraziləri güclü aqrar potensiala malikdir və kənd təsərrüfatının inkişafı üçün çox yaxşı imkanlar var. Bu torpaqlar pambıqçılıq, taxılçılıq, baramaçılıq, heyvandarlıq üçün yararlı sahələr olub.

Bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, sovetlər dövründə respublikanın kənd təsərrüfatı məhsulları istehsalının 10 faizdən çoxu həmin rayonların payına düşürdü.

“Ancaq indi yanaşmalar fərqlidir, yeni texnologiyalar kənd təsərrüfatının inkişafı üçün mühüm imkanlar yaradır.

Bu baxımdan həmin ərazilər pambıqçılıq, taxılçılıq, heyvandarlıq, arıçılıq, bitkiçilik, baramaçılıq, üzümçülük və digər məhsulların istehsalı üçün güniş imkanlara malikdir. Məlumatlara görə, işğaldan azad edilmiş ərazilərdə min hektarlarla ərazi yararlı hala gətirilib və yaxın zamanlarda 32 min hektara yaxın torpağın əkin dövriyyəsinə salınması nəzərdə tutulur”, - deyə komitə sədri vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti