...

Sosial sığorta daxilolmaları 84 faizdən çox artıb

İqtisadiyyat 21 Yanvar 2022 14:11 (UTC +04:00)
Sosial sığorta daxilolmaları 84 faizdən çox artıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda son illərdə ciddi artım tempi özünü göstərib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bunun göstəricisi kimi, sosial sığorta daxilolmalarının həcmi:

  • 2017-ci ildə 2085,7 milyon manat,
  • 2018-ci ildə 2327,1 milyon manat,
  • 2019-cu ildə 2921,6 milyon manat,
  • 2020-ci ildə 3553,2 milyon manat,
  • 2021-ci ildə isə 3843,4 milyon manat

təşkil edib.

Göründüyü kimi, qeyd olunan dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 84,3% və ya 1757,68 milyon manatlıq artım baş verib.

Bu artımın əsasında ölkəmizdə aparılan sosial-iqtisadi islahatların müsbət nəticələri, o cümlədən məşğulluq imkanlarının və əmək haqlarının mütəmadi artımı, əmək münasibətlərində leqallaşmanın genişlənməsi dayanır.

Qeyd olunan daxilolmaların ötən il 63,5%-i və ya 2441,2 milyon manatı özəl sektorunun payına düşüb. Bu da 2017-ci ilə nisbətən 1103,8 milyon manat və ya 82,5% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti