...

2015-ci ildə manatın məzənnəsini qorumaq üçün 10 milyard dollar xərclənib - Elman Rüstəmov

İqtisadiyyat Materials 28 Yanvar 2022 13:39 (UTC +04:00)
2015-ci ildə manatın məzənnəsini qorumaq üçün 10 milyard dollar xərclənib - Elman Rüstəmov

Bakı. Sədrəddin Ağcayev - Trend:

2015-ci ildə manatın məzənnəsinin dəstəklənməsi üçün 10 milyard dollar xərclənmişdi, bu, Azərbaycan üçün tarixi faktdır.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfrasında deyib.

"2015-ci ildə manatın ikinci devalvasiyasınadək məzənnənin dəstəklənməsi üçün 10 milyard dollar vəsait xərclənib, amma milli valyuta yenidən ucuzlaşıb. 2014-cü ilin iyununda başlamış qlobal iqtisadi böhran, neft qiymətlərinin kəskin azalması ölkənin tədiyə balansına ciddi problemlər yaratdı. O dövrdə Azərbaycanda ciddi tikinti işləri gedirdi. Neft gəlirləri hesabına dövlət büdcəsinə çoxlu transfertlər olurdu. Ona görə də neft qiymətlərinin kəskin azalması valyuta ehtiyatlarının itirilməsi təhdidini yaratdı", - deyə o bildirib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti