...

E-sosial.az portalının qeydiyyatdan keçmiş aktiv istifadəçi sayı 1,1 milyona yaxındır

İqtisadiyyat Materials 15 Fevral 2022 14:50 (UTC +04:00)
E-sosial.az portalının qeydiyyatdan keçmiş aktiv istifadəçi sayı 1,1 milyona yaxındır

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı artmaqda davam edir və hazırda bu say 1 milyon 100 minə yaxındır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 2019-cu ildən istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır.

Vətəndaş onun barəsində portalda toplanmış məlumatları mütəmadi izləyə bilir və yaranan sosial-əmək hüquqlarının təminatına ictimai nəzarəti həyata keçirmək imkanına malikdir.

“Android” və “İOS” əməliyyat sistemlərində də fəaliyyət göstərən bu portala ötən il 10 milyon, bu ilin əvvəlindən 2 milyon 117 min müraciət qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti