Bakı. Trend:
Rusiyanın müvafiq qurumu tərəfindən Azərbaycandan həmin ölkəyə pomidor ixracına qadağaların qoyulması ilə bağlı qərar yoxdur.
Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, hazırda Azərbaycandan pomidor və alma məhsullarının ixracı mükündür.
“Təcili bildiriş vərəqələrini biz təqdim edirik. İdxal edən ölkələr məhsulda hansısa zərərli maddə aşkarlanarsa, bildiriş göndərir. Bu gün Azərbaycanın alma və pomidor ixrac etdiyi ölkələrdə hər hansı məhdudiyyət yoxdur”, - deyə o bildirib.