...

İran Azərbaycanla E-Tir konvensiyasını inkişaf etdirmək niyyətindədir

İqtisadiyyat Materials 23 Aprel 2022 17:45 (UTC +04:00)
İran Azərbaycanla E-Tir konvensiyasını inkişaf etdirmək niyyətindədir

Bakı. Elnur Bağışov – Trend:

İran Azərbaycanla iki ölkə arasında pilot şəklində icra olunan E-Tir konvensiyasını (proyekt) inkişaf etdirmək niyyətindədir.

Bunu Trend-ə açıqlamasında İranın Gömrük Administrasiyasının beynəlxalq məsələlər üzrə idarəsinin baş direktoru Hüseyn Kaxəki deyib.

H.Kaxəkinin sözlərinə görə, hal-hazırda İran və Azərbaycan arasında E-Tir konvensiyası yol sahəsində icra edilir və İran bu konvensiyanın dəmiryol tranzitinə tətbiq olunmasını istəyir.

Kaxəki əlavə edib ki, bununla əlaqədar 11 martda Bakıda keçirilən Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasında iki ölkənin gömrük rəsmiləri arasında danışıqlar aparılıb.

Onun sözlərinə görə, 10 mayda Culfada (İran) İran və Azərbaycanın gömrük rəhbərlərinin iştirakı ilə iclasın keçirilməsi nəzərdə tutulub. Bu iclasda bir sıra məsələlər, eyni zamanda E-Tir konvensiyası haqda danışıqlar aparılacaq.

Gömrük rəsmisi bildirib ki, koronavirus pandemiyası nəticəsində iki ölkə gömrük rəsmilərinin iclaslarının keçirilməsi dayandırılmışdı. Lakin sözügedən iclasda bu iclasların mütəmadi şəkildə keçirilməsi qeyd olunub.

Gömrük rəsmisi deyib ki, iki ölkə arasında bir çox birgə gömrük sənədləri mövcuddur. Bunlardan gömrük məsələləri üzrə qarşılıqlı əməkdaşlıq memorandumunu misal göstərmək olar. Bu memoranduma əsasən, iki ölkə gömrüklə əlaqədar müxtəlif məsələlər, o cümlədən iş adamları tərəfindən təqdim olunan sənədlərin elan olunması üzrə birbaşa şəkildə əməkdşalıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti