...

Transxəzər Marşrutu ilə ASCO gəmisi Hövsan limanına ilk dəfə yük çatdırıb

İqtisadiyyat Materials 30 Aprel 2022 10:55 (UTC +04:00)
Transxəzər Marşrutu ilə ASCO gəmisi Hövsan limanına ilk dəfə yük çatdırıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycn Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu xətt ilə Hövsan limanına ilk dəfə yük çatdırıb.

Trend ASCO-ya istinadən xəbər verir ki, yükün daşınması ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus "Maestro Niyazi" quru yük gəmisi ilə həyata keçirilib.

Qazaxıstanın Aktau limanından gələn gəmidə 140 ədəd 20 futluq TEU konteyner olub.

Hazırda Hövsan limanının 6-cı körpüsündə konteynerlərin boşaldılması əməliyyatı həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti