...

Milli Məclis 2021-ci il dövlət büdcəsinin icrası haqqında layihəni ikinci oxunuşda qəbul edib

İqtisadiyyat Materials 17 İyun 2022 12:28 (UTC +04:00)
Milli Məclis 2021-ci il dövlət büdcəsinin icrası haqqında layihəni ikinci oxunuşda qəbul edib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclis “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsini qəbul edib.

Trend-in məlumatına görə, layihə haqqında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

Qeyd edək ki, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 26396,3 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,8 faiz (969,3 milyon manat) çoxdur. Keçən il dövlət büdcəsinin xərcləri isə 27422,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,9 faiz (1 120.6 milyon manat) az olub. Müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1026,1 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 67,1 faiz azdır.

Müzakirələrdən sonra büdcə səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti