...

Bakı limanında Ro-Ro terminalının istismara veriləcəyi müddət açıqlanıb

İqtisadiyyat Materials 15 İyul 2022 18:32 (UTC +04:00)
Bakı limanında Ro-Ro terminalının istismara veriləcəyi müddət açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Ro-Ro terminalını 2022-ci ilin avqustunda istismara vermək nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Bakı limanının baş direktoru Taleh Ziyadov “Albayrak” şirkətlər qrupu ilə Birgə Fəaliyyət Anlaşmasının imzalanması mərasimində deyib.

Onun sözlərinə Qazaxıstan və Türkmənistan limanları ilə tərəfdaşlıq çərçivəsində müvafiq tədarük zəncirinin qurulması planlaşdırılır.

"Bunun hazırlanmasında, əlbəttə ki, "Albayrak" şirkətlər qrupu da iştirak edəcək. Eyni zamanda, limanda mineral gübrələr terminalının tikintisi davam edir. Bu terminalın fəaliyyətinin ilkin göstəriciləri 2023-cü ilin birinci rübünün yekununda hesablanacaq. Terminalda payın 49 faizi "Albayrak" şirkətlər qrupuna veriləcək", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti