Bakı. Trend:
Türkiyə 2022-ci ilin yanvar-iyun aylarında İrana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 faiz artıraraq 8,4 milyon dollara çatdırıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
İyun ayında Türkiyə İrana hazır geyim ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 23,7 faiz artıraraq 1,4 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq 10,8 milyard dollara bərabər olub.
Bu ilin iyun ayında Türkiyə 1,97 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 9,5 faiz çoxdur.
Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2021-iyun 2022) Türkiyə 21,6 milyard dollar məbləğində hazır geyim ixrac edib.