Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 1 148 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 8,8 dəfə çoxdur.
ARDNF-dən Trend-ə verilən məlumata görə, Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.09.2022 tarixinə) 328 567 min dollar olub, bu da 5,75 dəfə artım deməkdir.