...

AİB-in Vitse-Prezidenti ARDNF rəhbərliyi ilə görüşüb (FOTO)

İqtisadiyyat Materials 15 Sentyabr 2022 16:10 (UTC +04:00)
AİB-in Vitse-Prezidenti ARDNF rəhbərliyi ilə görüşüb (FOTO)

Bakı. Trend:

2022-ci il 14 sentyabr tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov ilə Asiya İnkişaf Bankının (AİB) Vitse-Prezidenti Cənab Şiksin Çenin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

ARDNF-dən Trend-ə bildirilib ki, görüş zamanı İsrafil Məmmədov qonaqlara Fondun investisiya siyasəti, investisiya portfelinin başlıca istiqamətləri , Fondun vəsaiti hesabına maliyyələşdirilən layihələr, ölkədə makro-iqtisadi sabitliyin təmin olunmasında Fondun rolu, Azərbaycan Respublikasının 2022-2026-cı illəri əhatə edən Sosial-iqtisadi İnkişaf Strategiyasının əsas hədəfləri barədə AİB-in nümayəndə heyətinə geniş məlumat verərək, AiB-nin Azərbaycanda həyata keçirdiyi təşəbbüsləri yüksək qiymətləndirib.

Asiya İnkişaf Bankının Vitse-Prezidenti Cənab Şiksin Çen Azərbaycana gəlişindən məmnunluq duyduğunu bildirərək, AİB ilə Azərbaycan arasında gələcəkdə Dayanıqlı İnkişaf sahəsində əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti