...

Bank sektorunun mənfəəti açıqlanıb

İqtisadiyyat Materials 26 Sentyabr 2022 20:18 (UTC +04:00)
Bank sektorunun mənfəəti açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda bank sektorunun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 29,48 faiz və ya 134,2 milyon manat arataq 589,4 milyon manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, bankların xalis faiz gəliri bir il ərzində 28,96 faiz və ya 285,4 milyon manat arataq 1,27 milyard manata çatıb.

Yanvar-avqust aylarında bankların qeyr-faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz və ya 186,1 milyon manat arataq 762,3 milyon manat təşkil edib.

Bankların əməliyyat mənfəəti isə 31,81 faiz artaraq 849,9 milyon manata çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti