...

Ölkədə ipoteka krediti üzrə mənzillərin ən çox girov qoyulduğu ərazilər açıqlanıb

İqtisadiyyat Materials 31 Oktyabr 2022 14:28 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinindən bildirilib.

Qeyd edilib ki, bütün girov qoyulan mənzillərin 92,6%-i bu üç ərazi idarəsinin payına düşür.

Ölkənin regionlarında isə mənzillərin ən çox girov qoyulduğu bölgələr 3 saylı Gəncə, 17 saylı Yevlax, 13 saylı Şirvan ərazi idarələrinin xidmət dairəsində yerləşən şəhər və rayonlar üzrə müəyyən olunub. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 14 saylı Şamaxı (14 müqavilə), 9 saylı Qəbələ (14 müqavilə) və 11 saylı Şəmkir (23 müqavilə) ərazi idarələridir.

Mənzillərin ən çox girov qoyulduğu bölgələr

Sıra №

Ərazi İdarələri

İpoteka müqaviləsinin sayı

Ölkə üzrə göstəricidə payı

(faizlə)

1.

1 saylı Bakı Ərazi İdarəsi

21601

73.5%

2.

4 saylı Abşeron Ərazi İdarəsi

3298

11.2%

3.

2 saylı Sumqayıt Ərazi İdarəsi

2297

7.8%

4.

3 saylı Gəncə Ərazi İdarəsi

898

3.1%

5.

17 saylı Yevlax Ərazi İdarəsi

423

1.4%

6.

13 saylı Şirvan Ərazi İdarəsi

221

0.8%

Ölkə üzrə

29375

100%

Məqalədə:
Xəbər lenti

Xəbər lenti