...

Keçən il Türkiyədə qeydə alınan Qırğızıstan şirkətlərinin sayı artıb

İqtisadiyyat Materials 24 Yanvar 2023 14:44 (UTC +04:00)
Keçən il Türkiyədə qeydə alınan Qırğızıstan şirkətlərinin sayı artıb

Bakı. Trend:

Keçən il Türkiyədə Qırğızıstan kapitalı ilə 30 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 15 şirkət çoxdur.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Qırğızıstan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalı da artıb.

“2022-ci ilin dekabr ayında Türkiyədə qeydiyyata alınan Qırğızıstan şirkətlərinin məcmu kapitalı 9,7 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 4,8 milyon türk lirəsi təşkil edib” - deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-dekabr aylarında Qırğızıstan şirkətlərinin əksəriyyəti İstanbulda (24) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Qırğızıstan şirkətlərinin ümumi kapitalı 7,5 milyon türk lirəsi təşkil edib” – deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2022-ci ilin yanvar-dekabr aylarında Türkiyədə Qırğızıstan kapitalı ilə 12 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti