...

AYİB 2023-2024-cü illərdə Azərbaycanda real ÜDM-in artacağını proqnozlaşdırır

İqtisadiyyat Materials 17 Fevral 2023 18:30 (UTC +04:00)
AYİB 2023-2024-cü illərdə Azərbaycanda real ÜDM-in artacağını proqnozlaşdırır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ildə Azərbaycanın real ÜDM-in 2,5 faiz həddində artacağını proqnozlaşdırır.

Trend-in məlumatına görə, AYİB-in "Regional Economic Prospects" yenilənmiş hesabatında bundan bəhs edilir.

Bundan başqa, bank növbəti ilin nəticələrinə əsasən real ÜDM-in 2,7 faiz həddində artacağını proqnozlaşdırır.

Qeyd edək ki, 2023-cü ilin yanvar ayında Azərbaycanda ÜDM 2022-ci ilin analoji dövrü ilə müqayisədə 1,5 faiz azalaraq 9,69 milyard manata düşüb.

Xatırladaq ki, 2022-ci ilin yekunlarına görə, Azərbaycanda ÜDM 4,6 faiz artaraq 133,826 milyard manat təşkil edib: qeyri-neft ÜDM 9,1 faiz artaraq 69,826 milyard manata çatıb. ÜDM strukturunda sənayenin payına 51,1 faiz düşüb. Ticarətin və nəqliyyat vasitələrinin təmirinin payına 8,2 faiz düşüb, 6 faiz - nəqliyyat və anbar təsərrüfatı, 4,8 faiz kənd, meşə təsərrüfatı və balıqçılıq, 4,8 faiz tikinti, 1,6 faiz turizm sektoru, 1,4 faiz isə informasiya və kommunikasiyalar sahəsi təşkil edib. ÜDM-in 14,7 faizi iqtisadiyyatın digər sahələrinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti