...

Azad edilmiş ərazilərdə 389,2 min hektarda çöl ölçmə işləri icra olunub

İqtisadiyyat Materials 17 Mart 2023 11:31 (UTC +04:00)
Azad edilmiş ərazilərdə 389,2 min hektarda çöl ölçmə işləri icra olunub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə aparılan yerquruluşu işləri çərçivəsində Cəbrayıl rayonu üzrə 50,8 min, Qubadlı rayonu üzrə 79,9 Kəlbəcər rayonu üzrə 144 min, Laçın rayonu üzrə 43,6 min və Zəngilan rayonu üzrə 70,9 min hektar olmaqla, ümumilikdə 389, 2 min hektar sahədə çöl-ölçmə içləri yerinə yetirilib.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.

Torpaq kadastrı işləri çərçivəsində isə Zəngilan rayonu üzrə 69,9 min, Kəlbəcər rayonu üzrə 155,1 min, Cəbrayıl rayonu üzrə 25,2 min, Qubadlı rayonu üzrə 62,6 min hektar olmaqla, ümumilikdə 312,8 min hektar əraziyə aid məlumatlar emal olunaraq ilkin aralıq GİS bazası yaradılıb. Zəngilan və Qubadlı rayonları üzrə bütün işlər yekunlaşdıraraq TEKUİS-ə (Torpaqların Elektron Kadastrı Uçotu İnformasiya Sustemi) daxil edilb.

Çöl-torpaq tədqiqatı işləri çərçivəsində 283,6 min hektar ərazidə və geobotaniki tədqiqatlar üzrə 309 min hektar sahədə irimiqyaslı tədqiqat işləri yerinə yetirilib, Zəngilan rayonunda 155,2 hektar, Kəlbəcər rayonunda 98,4 hektar, Qubadlı rayonunda 73,3 hektar olmaqla, hərbi deqredasiyaya uğramış ümumilikdə 326,9 hektar ərazidə tədqiqat işləri görülüb. Zəngilan rayonuna dair tədqiqat işləri çərçivəsində əldə olunmuş məlumatlar TEKUİS-ə daxil edilib, Qubadlı rayonu üzrə məlumatların əldə edilməsi davam etdirilir.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti