...

Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı artıb

İqtisadiyyat Materials 15 Mart 2023 11:10 (UTC +04:00)
Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin ilk 2 ayı ərzində daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 59,6% artıb.

Trend İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətində müsbət dinamika müşahidə olunur.

Statistik göstəricilərə əsasən, 2023-cü ilin yanvar-fevral ayları ərzində 80 274 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,6% çoxdur. Cari ilin ilk 2 ayı ərzindəki göstəricinin 13 613-ü (17%) ilkin, 66 661-i (83%) isə təkrar qeydiyyatın payına düşüb.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-fevral ayları ərzində ilkin qeydiyyat 16,5% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti