...

"Xanoba" digər sərhəd-keçid məntəqələrinin inkişafı üçün nümunə olacaq - Aleksey Overçuk

İqtisadiyyat Materials 17 Mart 2023 14:16 (UTC +04:00)
"Xanoba" digər sərhəd-keçid məntəqələrinin inkişafı üçün nümunə olacaq - Aleksey Overçuk
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Xaçmaz. Trend:

"Xanoba" müasir sərhəd-keçid məntəqəsi istər Azərbaycanda, istərsə də Rusiyada digər sərhəd-keçid məntəqələrinin inkişafı üçün nümunə olacaq.

Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk "Xanoba" gömrük postunun açılış mərasimində deyib.

Onun sözlərinə görə, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzrə işlər aparılır.

"Biz artıq çoxdan ikitərəfli əməkdaşlıq çərçivəsindən kənara çıxmışıq, yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri işlənməkdədir. Sərhəd məntəqələrinin işində ən son texnologiyanın tətbiqi Şimal-Cənub dəhlizinin inkişafında böyük rol oynayır", - o qeyd edib.

Qeyd edək ki, martın 17-də yenidənqurmadan sonra "Xanoba" gömrük postunun istismara verilməsi mərasimi baş tutub. Gömrük postunun istifadəyə verilməsi ilə əlavə olaraq gündə minədək yük avtomobilinin buraxılışının mümkün olacağı gözlənilir. Post Azərbaycanın Rusiya Federasiyası ilə sərhədində yerləşir. "Xanoba" gömrük postunun bərpasına dair qərar "Samur" gömrük postunun buraxılış yükünün azaldılması məqsədilə qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti